Sosial Tədqiqatlar Mərkəzi keçirdiyi rəy sorğuları çərçivəsində vətəndaşların Ermənistanın hazırkı hökumətinin yürütdüyü siyasət barədə fikirlərini öyrənib.
Sorğu çərçivəsində respondentlərin 33,6%-i Ermənistanın hazırkı hökumətinin Rusiya yönümlü, 30,2%-i Qərb yönümlü siyasət yürütdüyünü bildirib.
Sorğuda iştirak edənlərin 18,0%-i bu suala cavabında “digər” cavab variantını qeyd edib.
Ermənistan hökumətinin müstəqil siyasət yürütməsi fikir ilə cəmi 5,5% respondent çıxış edib. 12,8%-i bu sualla bağlı fikrini ifadə etməkdə çətinlik çəkib.